Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyəli tədqiqatçı Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda

AMEA akademik M.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda növbəti elmi seminar keçirilib. Seminarda Türkiyənin “Vestel” Müdafiə Sənayesi şirkətinin tədqiqatçısı, professor Sadiq Quliyev “Qatı oksid yanacaq elementləri” mövzusunda məruzə ilə çıxış edib.

Əvvəlcə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Dilqəm Tağıyev çıxış edərək iştirakçılara Türkiyənin tanınmış “Vestel” Müdafiə Sənayesi şirkəti barədə ətraflı məlumat verib. Alim bildirib ki, bu şirkətin tədqiqatçısı, professor S.Quliyevin Bakıya dəvət olunmasında məqsəd iki qurumun gələcək fəaliyyəti, qarşılıqlı əməkdaşlıq istiqamətləri, eyni zamanda, təcrübə mübadiləsinin təşkili ilə bağlı məsələlər barədə müzakirələr aparmaqdır.

Sonra S.Quliyev məruzəsini təqdim edib. O, kimyəvi enerjinin elektrik enerjisinə çevrilməsini reallaşdıran yanacaq elementlərindən, bu sahədə apardıqları tədqiqat işlərindən danışıb.

science.gov.az saytı yazır ki, məruzə ətrafında fikir mübadiləsi aparılıb, birgə elmi araşdırmaların aparılmasının mümkünlüyü qeyd olunub.

  

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

5 Dekabr 2018 17:09 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə