Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

DİM magistratura imtahanında iştirak etmək istəyənlərə müraciət edib

Məlum olduğu kimi, Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanı (II cəhd) mayın 29-da keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, “İmtahana buraxılış vərəqəsi” və "Yaddaş kitabçası"nı çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=8 linkinə daxil olmaq lazımdır. 

Qeyd edək ki, bakalavrlar imtahana gələrkən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi” mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmır.

20 May 2022 15:16 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə