Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Romualdo Del Bianco Fondununun icraçı direktoru ATMU-da olub

Azərbaycan Turizm və Menecment Universitetində İtaliya Respublikasında fəaliyyət göstərən Romualdo Del Bianco Fondununun icraçı direktoru Simone Giometti ilə görüş keçirilib. ATMU nümayəndələri məhz faydalı əməkdaşlıq sayəsində Romualdo Del Bianco Fondu tərəfindən müxtəlif vaxtlarda təşkil edilən beynəlxalq tədbirlərə iştirakçı dəvəti alıblar. Eyni zamanda, fondun məsul nümayəndələri də ölkəmizdə təşkil edilən müxtəlif istiqamətli beynəlxalq tədbirlərin iştirakçısı olublar.

 ATMU-nun rektoru İlham Mədətov Universitet və Fond arasında 2015-ci ildən başlanan əməkdaşlıq əlaqələrinin səmərəli olduğunu bildirib. İtaliya və Azərbaycan Respublikası arasında möhkəmlənən çoxşaxəli əlaqələrdən bəhs edib. Görüş əsnasında  Fondun təşkilatçılığı ilə keçiriləcək beynəlxalq tədbirlərdə ATMU–nun iştirakı məsələsi diqqətdə saxlanılıb.

Qeyd edək ki, 26 noyabr 2021-ci il tarixində İtaliyanın Romualdo del Bianco Fondunun təşkilatçılığı və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin dəstəyi ilə “Life Beyond Tourism, LBT” hərəkatının tərəfdaşı – Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) Azərbaycan mədəniyyətinin incisi olan Şuşa şəhərinin turizm destinasiyası kimi təbliği ilə bağlı Florensiyada keçirilən LBT festivalında onlayn iştirak etmişdi.

 Festivala ATMU-nun turizm və qonaqpərvərlik fakültəsinin tələbələri “Şuşa – Dağlardan gələn səsin harmoniyası” (“Shusha – The harmony of sounds coming through the mountains”) adlı təqdimatla qatılmışdılar. Onlayn təqdimat Şuşanın beynəlxalq müstəvidə tərənnümü baxımından Azərbaycan üçün ilk təcrübələrdən biri kimi dəyərləndirilir.

 

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

20 May 2022 12:22 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə