Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ATU və Litva Sağlamlıq Elmləri Universiteti arasında memorandum imzalanıb

Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli ilə  Litvanın Sağlamlıq Elmləri Universitetinin rektoru, professor Rimantas Benetisin görüşü zamanı tərəflər arasında əməkdaşlıq memorandumu da imzalanıb. Görüşdə rektor ATU-nun tarixi haqqında məlumat verməklə yanaşı, bir əsrə yaxın tarixə malik qocaman ali məktəbin hazırkı fəaliyyətindən də bəhs edib. Bildirib ki, hazırda zəngin maddi – texniki bazası, tədris korpusları, tələbə yataqxanaları olan ATU-nun klinika və elmi – tədqiqat laboratoriyaları müasir cihaz və avadanlıqla təchiz edilmişdir ki, bu da elmi axtarışların əhəmiyyətini artırmağa, tibbi kadrların kifayət qədər yetişdirilməsinə imkan yaradır.

ATU-nun bu il beynəlxalq akkreditasiyadan keçdiyini vurğulayan G.Gəraybəyli universitetdə 39 ölkədən tələbələrin təhsil aldığını da xatırladıb. ATU-da həyata keçirilən rezidentura təhsili haqqında məlumatları bölüşən professor  Litva universiteti ilə əməkdaşlığın istiqamələri barədə də fikirlərini açıqlayıb.

Litva Sağlamlıq Elmləri Universitetinin rektoru, professor Rimantas Benetis təmsil etdiyi tibbi müəssisə haqqında məlumat verərək mövcud  8000 tələbənin 25 faizini əcnəbilərin təşkil etdiyini vurğulayıb. Qeyd edib ki, Litva Sağlamlıq Elmləri Universitetinin nəzdində güclü maddi – texniki bazası olan klinikalar və hətta apteklər də var. Səfər çərçivəsində Azərbaycanın səhiyyə nazirliyi və təhsil nazirliyində görüşlər keçirdiyini bildirən qonaq səfərin məhsuldar olmasından məmnunluğunu bildirib. O, ölkəmizlə səhiyyə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi işində maraqlı olduğunu deyib. ATU ilə imzalanacaq sənədin ölkələrimiz arasında tibb sahəsində əməkdaşlığın genişlənməsinə öz töhfəsini verəcəyindən əminliyini vurğulayıb.

Görüşdə Litva Respublikası Prezidentinin elm, təhsil və mədəniyyət məsələləri üzrə müşaviri Paulius Baltokas və universitetin beynəlxalq əlaqələr üzrə dekanı, professor xanım İngrida Yanuleviçen, ATU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Zülfüqar Musabəyov, elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov, ictimai səhiyyə fakültəsinin dekanı, professor Anar Ağayev, beynəlxalq əlaqələr şöbəsinin müdiri Müşfiq Orucov və mətbuat xidmətinin rəhbəri Günel Aslanova iştirak ediblər.

 

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

20 May 2022 12:37 - SƏHİYYƏ
SƏHİYYƏ
7 İyul 2022 | 00:04
Dejavü xəstəlik deyil
5 İyul 2022 | 09:00
Günvurmanın fəsadları

Köhnə versiyamızdan xəbərləri izlə