Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

DQİDK sədri Gürcüstanın din xadimləri ilə görüşüb

Mayın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı ölkəmizdə səfərdə olan Gürcüstanın din xadimləri ilə görüşüb.

Dövlət Komitəsindən verilən məlumata görə, qonaqları salamlayan Komitə sədri Azərbaycandakı nümunəvi dövlət-din münasibətləri, dinə dövlət qayğısı, vəhdət və həmrəylimizin əhəmiyyəti barədə danışıb. Bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı sürətlənib, respublikamızda milli özünüdərk hissi güclənib, milli kimlik və düşüncə sistemi ilə bağlı baxışlar formalaşıb.

DQİDK sədri bu istiqamətdə Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edib və Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizin qorunub-saxlanılması istiqamətində həyata keçirdiyi işlərə toxunub. Həmçinin vurğulayıb ki, dünya miqyasında demokratik dəyər kimi təbliğ olunan tolerantlığa xalqımız təkcə hüquq yox, həm də mənəvi dəyər prizmasından yanaşır.

44 günlük Vətən müharibəsindəki parlaq qələbəmizə diqqət çəkən DQİDK sədri qeyd edib ki, işğaldan azad edilmiş ərazilərimizdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Ermənistan tərəfindən vandalizmə məruz qalmış məscid və məbədlərin, eləcə də saxtalaşdırma və mənimsəməyə məruz qalmış qədim alban xristian irsinin bərpa və konservasiyası istiqamətində işlər görür.

Görüşdə dini və mədəni sahədə qarşılıqlı əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsi, radikal dini qruplaşmalara qarşı mübarizə istiqamətində birgə fəaliyyətlə  bağlı fikir mübadiləsi aparılıb.

20 May 2022 11:52 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə