Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cəbrayıl rayonunun suvarma sistemləri yaxşılaşdırılır

Cəbrayıl rayonunun suvarma sistemləri yaxşılaşdırılır.

“Meliorasiya və Su Təsərrüfatı” ASC-dən verilən məlumata görə, rayon ərazisində hidrotexniki qurğular sazlanıb, suvarma və kollektor kanalları lildən təmizlənib. Hazırda yaz tarla işləri üçün suvarma qrafiki tərtib edilərək növbəlilik prinsipinə uyğun olaraq işlər yerinə yetirilir. Cəbrayıl Suvarma Sistemləri idarəsi ümumilikdə 4809 hektar sahəyə xidmət edir.

Yem bitkiləri, taxıl, pambıq, tut bağı, çuğundur, həyətyanı və örüş sahələrindən ibarət olan bu ərazilərin su təminatı 5 ədəd nasos stansiya vasitəsilə həyata keçirilir. 1 ədəd nasos stansiya rayonun Cocuq Mərcanlı kəndində 417 hektar, Füzuli rayonun Mirzənağılı və Qazaxlar kəndində isə 280 hektar sahəni su ilə təmin edir. Stansiya Araz çayından qidalanır bunun üçün uzunluğu 4,2 km olan qol Araz çayından çəkilərək stansiyaya birləşdirilib.

20 May 2022 09:41 - EKOLOGİYA
EKOLOGİYA
1 İyul 2022 | 17:55
Sabaha olan hava PROQNOZU
30 İyun 2022 | 17:57
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə