Ən son xəbərlər
Satınalan təşkilatın adı: “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı”ASC
Əlaqələndirici şəxs- Quliyev Emin Arif oğlu.
Satınalan təşkilatın ünvanı- Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 69a..
Əlaqələndirici şəxsin E-mail: [email protected]
Əlaqə nömrəsi- (012) 431- 08 -64.
Satınalma predmetinin adı- “Xaçınçay su anbarının” 7 kilometr uzunluğunda magistral kanalla birlikdə təmiri və bərpası.
Ünvan - Ağdam rayonu, Xaçın çayı üzərində su anbarı.
İşlərin qısa təsviri- həcmi 23 milyon kubmetr , ümumi hündürlüyi 44 metr, uzunluğu 940 metrlik mövcud su anbarı kompleksinə daxil olan torpaq bəndin, suburaxıcı qüllənin və avadanlıqların, metal estekadanın, şaxtavari sutullayıcının giriş hissəsi, dəmir - beton və metal elementləri tam bərpa edilməli L=7,32 kilometr suburaxma qabiliyyəti 8.8 kubmetr saniyə olan magistral kanalın , 4 ədəd dəmir - beton dükerin təmir-bərpası, 1 mərtəbəli inzibati binanın -241,44 m2(20mx10,4m), 1 mərtəbəli təmir emalatxanasının -152,84 m2(13,2mx10m), 140 m3 –luq su anbarının, nasosxananın -73,76 m2 və çirkab su quyusunun tikintisi.
İşlərin yerinə yetirilmə müddəti – 24 aydır.
Tender təkliflərinin qiymətləndirməsi meyarları- avans tələbi üzrə maksimal -10 bal, qiymət təklifi üzrə isə 90 bal müəyyənləşdirilmişdir.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini möhürlənib imzalan¬mış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim edə bilərlər.
İştirak haqqı 4000 (dörd min manat ) manatdır.
İddiaçılar aşağıda göstərilən hesaba müəyyən edilmiş iştirak haqqını ödədikdən sonra tenderin əsas şərtlər toplusunu əldə edə bilərlər. Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.
Təşkilat- “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin
Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti
VÖEN - 1300300711
H/h - AZ 10 IBAZ 380700194497 16100216
“Azərbaycan Beynəlxalq Bankı”nın Yasamal filialı
M/h- AZ03NABZ01350100000000002944
VÖEN- 9900001881
SWIFT - IBAZAZ2Х (AZIPS-in üzvü)
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. Tender təklifi azı 30 bank günü qüvvətə olmalıdır. Tender təklifi Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
2. Tender təklifi qiymətinin 1faizi məbləğində tender təklifinin təminatı (bank zəmanəti, tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox qüvvədə olmalıdır (bank tərəfindən təqdim edilməlidir).
3. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış (vergi xidməti tərəfindən təqdim edilməli və qeydiyyat tarixi cari rüb ərzində olmalıdır).
4. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (son maliyyə dövrünə olan məlumatı əks etdirməsi zəruridir).
5. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (bank tərəfindən təqdim edilməli, qeydiyyat tarixi cari rüb ərzində olması zəruridir).
6. İddiaçının tam adı ,hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə (kommersiya və hüquqi şəxslərin Dövlət qeydiyyatı reyestrindən çıxarış iddiaçı tərəfindən təqdim edilməli, nizamnamənin, dövlət reyestrindən çıxarışın və şəhadətnamənin notarial qaydada təsdiq olunması zəruridir).
7. Rekvizitlər (iddiaçının və ya bankın imzası və möhürü ilə təsdiq edilməsi zəruridir).
8. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi (asan xidmət tərəfindən təqdim edilməli, qeydiyyat tarixi cari rüb ərzində olmalıdır).
9. Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması (vergi xidməti tərəfindən təqdim edilməli və son rübü əhatə etməlidir);
10. Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması (vergi xidməti tərəfindən təqdim edilməli və qeydiyyat tarixi cari rüb ərzində olmalıdır).
11. Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlılığının olması (iddiaçı tərəfindən təqdim edilməlidir).
12. İddiaçının mikro, kiçik və orta sahibkarlıq subyektlərinin meyarlarına uyğun olmasıv(Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilməlidir).
13. İddiaçının müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması(Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təqdim edilməlidir).
İddiaçılar tenderdə iştirak üçün yuxarıda 3-cü və 13-cü sıralarda göstərilən sənədləri 10 iyun 2022-ci il saat 17.00-a qədər (tender təkliflərinin açılışına 7 (yeddi) bank günü qalmış) təqdim etməlidirlər.
İxtisas göstəriciləri uyğun gələn iddiaçıların tender təklifi və bank təminatı isə 21 iyun 2022-ci il saat 17.00-a qədər (tender təkliflərinin açılışıına 1 (bir) bank günü qalmış) möhürlənib imzalan¬mış şəkildə ikiqat zərflərdə satınalan təşkilata təqdim etməlidirlər.
İddiaçıların təklifləri 22 iyun 2022-ci il saat 11.00-da açılacaqdır.
Tender iştirakçılarının səlahiyyətli nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
Tender komissiyası
Köhnə versiyamızdan xəbərləri izlə