Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi AÇIQ TENDER ELAN EDİR

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq 2022-ci il ərzində xarici ölkələrdə keçiriləcək tədbirlərdə turizmlə bağlı təşkilati işlərin və reklam kampaniyasının həyata keçirilməsi xidmətlərinin satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Açıq tenderdə ixtisaslı işçi heyətinə malik rezident və qeyri-rezi­dent hüquqi şəxs, yaxud yeni hüquqi şəxs yaratmadan hüquqi şəxslər birliyi (konsorsium da daxil olmaqla) iştirak edə bilərlər.

Tenderdə iştirak etmək istəyənlər 2000 (iki min manat) manat və ya Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq (www.cbar.az) 2000 (iki min manat) manatın ödəniş gününə ABŞ dolları ilə ekvivalentini tenderdə iştirak haqqı kimi aşağıda göstərilən bank hesabına köçürdükdən və bunu təsdiq edən sənədi təqdim etdikdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Bakı şəhəri, Nizami küçəsi 96E, Landmark I, 3-cü mərtəbədən (Dövlət Turizm Agentliyindən, tel- +994125058704 (əlavə 2304); faks: +994124920592), e-mail: [email protected]) ala bilərlər:

AZN hesabı

Emitent

Bankın adı – Dövlət Xəzinədarlığı Agentliyi

Bankın kodu – 210005

VÖEN – 1401555071

M/h – AZ­41NABZ01360100000000003944

SWIFT – CTREAZ22

Alan – Azərbaycan Respublikası­nın Dövlət Turizm Agentliyi

VÖEN – 1404365471

H/h – AZ53C­TRE00000000000008498501

Büdcə səviyyəsinin kodu -7

Büdcə təsnifatının kodu -142330

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);

- vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqın­da müvafiq vergi orqanından arayış;

- iddiaçının son 1 (bir) ildəki fəaliyyəti haqqında dövlət orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatı;

- iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının ilkin qeydiyyat sənədlərinin və onlara edilmiş əlavə və düzəlişlərin müvafiq qaydada təsdiqlənmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə) və rekvizitləri;

- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

- məhkumluq barədə arayış;

- mikro, kiçik, orta və ya iri sahib­karlıq subyektinə aid olması haqqında məlumat;

- iddiaçının son 3 (üç) il ərzində oxşar işlər üzrə iş təcrübəsini təsdiq edən sənədlər;

- peşəkar işçi heyətinə dair məlumat (CV);

- digər sənədlər (tenderin əsas şərtlər toplusunda göstərilən bütün digər sənədlər).

İddiaçılar konsorsium yaratmaqla tenderdə iştirak etmək istəyirlərsə, konsorsium barədə müqavilə, eləcə də konsorsium iştirakçısı olan bütün şirkətlər barədə yuxarıda göstərilən zəruri sənədləri (məlumatları) təqdim etməlidirlər.

İddiaçılar tender təkliflərini qa­palı, möhürlənib imzalanmış ikiqat zərflərdə təqdim etməlidirlər.

Azərbaycan Respublikasından olan iddiaçıların tenderə təqdim edəcəkləri bütün sənədlər Azərbaycan Respublikasının dövlət dilində tərtib olunmalıdır. Xarici ölkələrdən olan iddiaçılar isə təmsil etdikləri dövlətin dilində hazırladıqları mətnlə birlikdə həmin mətnin Azərbaycan dilinə tərcümə olunmuş nüsxəsini əlavə etməlidirlər. Mətnlər arasında fərq aşkar edilərsə, üstünlük Azərbaycan dilində tərtib edilmiş mətnə veriləcəkdir.

Tur operatorları və səyahət agentləri təklif təqdim edə bilməzlər. İddiaçılar hər hansı tur operatoru, səyahət agenti, satış təmsilçiliyi və ya hotellə birbaşa və ya dolayı yolla heç bir əlaqələrinin olmadığını yazılı şəkildə təsdiq etməlidirlər.

İddiaçılar öz təkliflərini əsas şərtlər toplusunda göstərilən müddəalara uyğun olaraq hazırlamalı, tenderdə iştirak üçün sənədləri (tender təklifi və təklifin bank təminatı istisna olmaqla) 29 iyun 2022-ci il saat 12.00-a, tender təklifini və təklifin bank təminatını isə qapalı, möhürlənib imzalanmış ikiqat zərflərdə 7 iyul 2022-ci il saat 18.00-a qədər Bakı şəhəri, Nizami küçəsi 96E, Landmark I, 3-cü mərtəbəyə (əlaqələndirici şəxs – Mehman Bayra­mova, telefon- +994125058704 (əlavə 2304); faks: +994124920592) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarı­lacaqdır.

İddiaçıların tender təklifləri 8 iyul 2022-ci il saat 12.00-da Bakı şəhəri, Nizami küçəsi 96E, Landmark I, 3-cü mərtəbədə açılacaqdır.

Zərflər iddiaçıların səlahiyyətli nümayəndələrinin iştirakı ilə onların təqdimolunma ardıcıllığı üzrə açılacaq və təkliflər elan ediləcəkdir.

Tender komissiyası

20 May 2022 01:19 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN

Köhnə versiyamızdan xəbərləri izlə