Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Heydər Əliyev adına Hərbi İnstitutda respublika elmi-praktik konfransı keçirilib

Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunun təşkilatçılığı ilə “Azərbaycan postmüharibə dövründə: ordu quruculuğunda yeni yanaşmalar və perspektivlər” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, konfransda müxtəlif ali və xüsusi təyinatlı təhsil müəssisələrinin professor-müəllim heyəti, Azərbaycan Milli Elmlər Akademiyasının və Mədəniyyət Nazirliyinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə konfransın təşkilati işləri, mövzusu və əhəmiyyətindən, qəbul edilən elmi məqalələrin aktuallığından, habelə hərbi tədris ocağının digər ali təhsil müəssisələri ilə əməkdaşlığından danışılıb.

Qeyd olunub ki, konfransın əsas məqsədi hərb elminin və elmin digər sahələrinin inkişaf etdirilməsi, ordu quruculuğunda aktual məsələlərin araşdırılması, qoşunların döyüş hazırlığı səviyyəsinin və zabit kadrların hazırlanmasında keyfiyyətin yüksəldilməsidir.

Təşkilat komitəsi təqdim olunan 90-dan artıq məqalədən konfransın mövzusuna uyğun olanları qəbul edib.

Sonda elmi məruzələr dinlənilib və müzakirələr aparılıb.

19 May 2022 11:43 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə