Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

DSMF-nin xərcləri 6 faiz artıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun xərcləri bu ilin yanvar-aprel aylarında 1 mlrd. 767 mln. manat təşkil edib.

Bu barədə Nazirlikdən xəbər verilib.

Bildirilib ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 6 faiz və ya 101 mln. manat çoxdur.

DSMF-nin xərclərinin artmasının əsasında pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardım üzrə ödənişlərin mütəmadi artımı, sosial təminat sisteminin əhatə dairəsinin mütəmadi genişlənməsi dayanır.

19 May 2022 10:49 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə