Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Üç rayonun qaz təchizatında fasilə yaranacaq

"Qaz İxrac" İdarəsinə məxsus qaznəqli sistemində 19.05.2022-ci il tarixində planlaşdırılmış təmir işləri ilə bağlı, saat 08:30-dan təmir işləri başa çatanadək “Biləsuvar” QPS-dən, saat 10:00-dan təmir işləri başa çatanadək isə “Çinarlı”, “Şəmkir”,“Balakən” QPS-lərdən və “Əliyqabulu” QTM-dən qaz təchizatı dayandırılacaq.

 "Azəriqaz"dan verilən məlumata görə, təmir müddətində Biləsuvar şəhəri daxil olmaqla 17 kəndin, Balakən şəhəri daxil olmaqla 55 kəndin, həmçinin Şəmkir şəhəri daxil olmaqla 2 qəsəbə və 12 kəndin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

19 May 2022 10:35 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə