Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Litva Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb

Litva Respublikasının Prezidenti Gitanas Nausedanın Azərbaycan Respublikasına rəsmi səfəri mayın 19-da başa çatıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Litva Respublikasının Prezidenti Gitanas Nausedanı və xanımı Diana Nausedieneni Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola saldılar.

19 May 2022 10:05 - RƏSMİ XRONİKA
RƏSMİ XRONİKA

Köhnə versiyamızdan xəbərləri izlə