Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Medianın İnkişafı Agentliyi ATƏT-in Vyanada keçirilən tədbirində təmsil olunub

Mayın 16-17-də Avstriyanın paytaxtı Vyana şəhərində “Böhran dövrlərində demokratik təsisatların fəaliyyəti” (The Functioning of Democratic Institutions in Times of Crisis) mövzusunda ATƏT-in insan ölçüsü üzrə ikinci əlavə görüşü keçirilib.

Medianın İnkişafı Agentliyindən bildiriblər ki, ATƏT-in Pol­şa sədrliyi və Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (The Polish OSCE Chairmanship and OSCE Office for Democratic Insti­tutions and Human Rights (ODIHR) tərəfindən təşkil edilən görüşün üçüncü ses­siyasında böhran dövrlərində media plüralizminin əhəmiyyəti, həmçinin etibarlı və keyfiyyətli informasiyaya əlçatanlığın vacibliyi kimi məsələlər müzakirə olunub.

Görüşdə Azərbaycan Respublikasının Media­nın İnkişafı Agentliyinin əməkdaşları da iştirak ediblər.

19 May 2022 07:58 -

Köhnə versiyamızdan xəbərləri izlə