Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 186 Bakı şəhəri, 13 may 2022-ci il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2018-ci il 3 may tarixli 201 nömrəli, “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2019-cu il 15 iyul tarixli 305 nömrəli “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin yaradılması haqqında” 2019-cu il 30 iyul tarixli 335 nömrəli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsin yaradılması haqqında” 2020-ci il 17 mart tarixli 95 nömrəli və “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Peşə Təhsilinin İnkişafı Fondunun yaradılması haqqında” 2020-ci il 18 avqust tarixli 299 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

“Azərbaycan Respublikası Preziden­tinin 2018-ci il 6 iyul tarixli 173 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin Nümunəvi Nizamna-məsi”ndə dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 aprel tarixli 1316 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 201 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2018, № 5, maddə 1111; 2019, № 2, maddə 360, № 3, maddə 550, № 7, maddə 1313) ilə təsdiq edilmiş “Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. 5.3-cü bənddə “səlahiyyətlərinin icrasını İdarə Heyəti sədrinin müəyyən et­diyi İdarə Heyətinin digər üzvü həyata ke­çirir” sözləri “səlahiyyətlərini İdarə Heyəti üzvləri arasından sədrin müəyyən etdiyi şəxs icra edir” sözləri ilə əvəz edilsin;

1.2. 5.5-ci bəndin birinci və altıncı cümlələri aşağıdakı redaksiyada verilsin:

“İdarə Heyətinin sədri ayda bir dəfədən az olmayaraq İdarə Heyətinin iclaslarını çağırır və iclaslara sədrlik edir.

Səslər bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir.”;

1.3. 5.5-1-ci bənddə “iclasın” sözü “, habelə İdarə Heyətinin iclaslarına dəvət olunan şəxslərə İdarə Heyətinin iclasları­nın” sözləri ilə əvəz edilsin;

1.4. 5.6.11-ci yarımbənddə “Mərkəzin” sözü “Özünün və Mərkəzin struktur bölmələrinin” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 305 nömrəli Qərarı (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2019, № 7, maddə 1328) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Tu­rizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.6-cı bəndə “adı” sözündən sonra “və “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, həmçinin Azərbaycan Res­publikası Dövlət Gerbinin təsviri” sözləri əlavə edilsin;

2.2. 5.7-ci bəndin birinci və altıncı cümlələri aşağıdakı redaksiyada verilsin:

“İdarə Heyətinin sədri ayda bir dəfədən az olmayaraq İdarə Heyətinin iclaslarını çağırır və iclaslara sədrlik edir.

Səslər bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir.”;

2.3. 5.8-ci bənddə “iclasın” sözü “, habelə İdarə Heyətinin iclaslarına dəvət olunan şəxslərə İdarə Heyətinin iclasları­nın” sözləri ilə əvəz edilsin;

2.4. 5.11.7-ci yarımbənddə “Mərkəzin” sözü “Özünün və Mərkəzin struktur bölmələrinin” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 30 iyul tarixli 335 nömrəli Qərarı (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2019, № 7, maddə 1357) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

3.1. 4.9-cu bəndin birinci və altıncı cümlələri aşağıdakı redaksiyada verilsin:

“Şuranın sədri rübdə bir dəfədən az olmayaraq Şuranın iclaslarını çağırır və iclaslara sədrlik edir.

Səslər bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir.”;

3.2. 4.10-cu bəndin birinci cümləsində “iclasın” sözü “, habelə Mərkəzin direkto­runa və Şuranın iclaslarına dəvət olunan şəxslərə Şuranın iclaslarının” sözləri ilə əvəz edilsin;

3.3. 4.11.1-ci yarımbəndə “rəhbərlik edir” sözlərindən sonra “, habelə özünün və Mərkəzin direktorunun qanunvericiliyə zidd olan qərarlarını ləğv edir” sözləri əlavə edilsin;

3.4. 4.12-ci bəndə “səlahiyyətlərini” sözündən sonra “müvafiq əmrlə” sözləri əlavə edilsin və həmin bənddən “digər” sözü çıxarılsın;

3.5. 4.17.10-cu yarımbənddə “Mərkəzin” sözü “Özünün və Mərkəzin struktur bölmələrinin” sözləri ilə əvəz edilsin;

3.6. aşağıdakı məzmunda 4.17-1-ci bənd əlavə edilsin:

“4.17-1. Direktor müvəqqəti olmadıqda onun səlahiyyətlərini müvafiq əmrlə müavi­ni icra edir.”.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 mart tarixli 95 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2020, № 3, maddə 356) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

4.1. 4.6-cı bənddə “İdarə Heyətinin üzvləri arasından sədrin müəyyən et­diyi şəxs” sözləri “İdarə Heyəti sədrinin müavinlərindən biri” sözləri ilə əvəz edilsin;

4.2. 4.7-ci bəndin birinci və altıncı cümlələri aşağıdakı redaksiyada verilsin:

“İdarə Heyətinin sədri ayda bir dəfədən az olmayaraq İdarə Heyətinin iclaslarını çağırır və iclaslara sədrlik edir.

Səslər bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir.”;

4.3. 4.8-ci bənddə “iclasın” sözü “, habelə İdarə Heyətinin iclaslarına dəvət olunan şəxslərə İdarə Heyətinin iclasları­nın” sözləri ilə əvəz edilsin;

4.4. 4.11.9-cu yarımbənddə “Observa­toriyanın” sözü “Özünün və Observatoriya­nın struktur bölmələrinin” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 avqust tarixli 299 nömrəli Qərarı (Azərbaycan Respub­likasının Qanunvericilik Toplusu, 2020, № 8, maddə 1116) ilə təsdiq edilmiş “Peşə Təhsilinin İnkişafı Fondunun Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

5.1. 4.5-ci bəndin birinci və altıncı cümlələri aşağıdakı redaksiyada verilsin:

“İdarə Heyətinin sədri ayda bir dəfədən az olmayaraq İdarə Heyətinin iclaslarını çağırır və iclaslara sədrlik edir.

Səslər bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir.”;

5.2. 4.6-cı bənddə “iclasın” sözü “, habelə İdarə Heyətinin iclaslarına dəvət olunan şəxslərə İdarə Heyətinin iclasları­nın” sözləri ilə əvəz edilsin;

5.3. 4.7.7-ci yarımbənddə “Fondun” sözü “Özünün və Fondun struktur bölmələrinin” sözləri ilə əvəz edilsin;

5.4. 4.9-cu bənddə “İdarə Heyətinin üzvləri arasından sədrin müəyyən etdiyi digər şəxs” sözləri “İdarə Heyəti sədrinin müavini” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

19 May 2022 07:48 -

Köhnə versiyamızdan xəbərləri izlə