Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 185 Bakı şəhəri, 13 may 2022-ci il

“Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 6 aprel tarixli 135 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 oktyabr tarixli 443 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

“Azərbaycan Respublikası Preziden­tinin 2018-ci il 30 iyul tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi­nin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 11 fevral ta­rixli 1596 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 oktyabr tarixli 443 nömrəli Qərarı (Azərbaycan Respub­likasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2158; 2019, № 3, maddə 525, № 11, maddə 1874; 2021, № 8, maddə 972) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin Nizamnaməsi”nin 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. 3.1.6-cı yarımbəndə “sahələrdə” sözündən sonra “, habelə həmin təşkilatlar “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qa­nununun 41-ci maddəsinin 3-cü hissəsinin birinci cümləsinə uyğun olaraq Agentlikdə qeydiyyatdan (akkreditasiyadan) keçmədiyi hallarda” sözləri əlavə edilsin.

2. 3.2.1-ci yarımbənd ləğv edilsin.

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə