Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan cari ildə 152 ölkə ilə xarici ticarət əlaqələri saxlamışdır

Cari ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 152 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 100 ölkəyə məhsul ixrac olunmuş, 140 ölkədən idxal olunmuşdur.

Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilir ki, göm­rük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2022-ci ilin yanvar-mart ay­larında ölkənin xarici ticarət dövriyyəsi 12 milyard 194,2 milyon ABŞ dolları təşkil et­mişdir. Ticarət dövriyyəsinin 9 milyard 267,1 milyon dollarını və ya 76,0 faizi­ni ölkədən ixrac olunmuş məhsulların, 2 milyard 927,1 milyon dollarını (24,0 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 6 milyard 340,0 milyon dollar məbləğində müsbət saldo yaranmışdır.

2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 1,7 dəfə, real ifadədə 9,5 faiz, o cümlədən ixrac 16,8 faiz artmış, idxal isə 3,7 faiz azalmışdır. 2022-ci ilin yanvar-mart aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 45,0 faiz, real ifadədə 32,1 faiz artaraq 727,2 milyon dollar təşkil etmişdir.

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən, ölkənin xarici ticarət dövriyyəsinin 36,3 faizi İtaliya, 13,2 faizi Türkiyə, 5,8 faizi Rusiya, 4,4 faizi Çin, 3,7 faizi Ukrayna, 3,6 faizi Portuqaliya, 3,1 faizi İsrail, 2,6 faizi Yunanıstan, 2,4 faizi Gürcüstan, 2,3 faizi Tailand, 2,2 faizi Almaniya, 1,7 faizi Qazaxıstan, 1,6 faizi Birləşmiş Krallıq, hər biri 1,3 faiz olmaqla Rumıni­ya və Hindistan, hər biri 1,1 faiz olmaqla İran, Tunis və İspaniya, 11,2 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşmüşdür.

İxracın 48,8 faizini İtali­yaya, 12,0 faizini Türkiyəyə, 4,9 faizini Portuqaliyaya, 4,1 faizini İsrailə, 4,0 faizini Ukraynaya, 3,5 faizini Yu­nanıstana, hər biri 2,9 faiz olmaqla Gürcüstan və Tai­landa, 1,9 faizini Rusiyaya, 1,6 faizini Birləşmiş Krallığa, hər biri 1,5 faiz olmaqla Tunis və Rumıniyaya, 1,4 faizini Almaniyaya, hər biri 1,3 faiz olmaqla İspaniya və Hindistana, 1,1 faizini Çexi­yaya, 0,8 faizini Belarusa, 4,5 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Türkiyəyə (35,1 faiz), Rusiyaya (20,5 faiz), Gürcüstana (6,5 faiz), İsveçrəyə (4,6 faiz), ABŞ-a (4,0 faiz), İtaliyaya (3,6 faiz), Braziliyaya (2,2 faiz), Nider­landa (2,1 faiz), Rumıniyaya (1,5 faiz), Qazaxıstana (1,4 faiz), Çinə (1,4 faiz), Ukray­naya (1,3 faiz), Özbəkistana (1,2 faiz), İrana (1,2 faiz), Kiprə (1,2 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.

Ölkəyə idxal olun­muş məhsulların ümumi dəyərinin 16,5 faizi Türkiyə, 16,3 faizi Rusiya, 16,1 faizi Çin, 6,0 faizi Qazaxıstan, 4,4 faizi Almaniya, 3,9 faizi İran, 2,9 faizi Ukrayna, 2,6 faizi ABŞ, 2,3 faizi İtaliya, 2,0 faizi Koreya, hər biri 1,6 faiz olmaqla Birləşmiş Krallıq və Yaponiya, hər biri 1,4 faiz olmaqla Hindistan, Fransa və Norveç, 1,0 faizi Türkmənistan, hər biri 0,9 faiz olmaqla İndoneziya, Ru­mıniya və Polşa, 15,9 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.

2022-ci ilin yanvar-mart aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 50,6 faiz, tütün – 3,4 dəfə, çay – 33,3 faiz, gübrələr – 7,3 dəfə, polietilen – 1,4 faiz, emal olunmamış alüminium – 1,8 dəfə, qara metallardan çubuqlar – 47,4 faiz, sement klinkerləri – 20,9 faiz, qara metallardan borular – 36,8 faiz, bentonit gili – 20,3 faiz artmış, təzə meyvə ixracı isə 6,1 faiz, şəkər – 33,9 faiz, bitki yağları – 38,4 faiz, meyvə və tərəvəz şirələri – 37,3 faiz, meyvə və tərəvəz konservləri – 6,5 faiz azal­mışdır.

2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə 2022-ci ilin yanvar-mart aylarında təzə meyvə idxalı 7,4 faiz, kərə yağı, digər süd yağla­rı və pastaları – 19,5 faiz, unlu qənnadı məmulatları – 15,4 faiz, kartof – 7,6 faiz, quş əti və onun əlavə məhsulları – 26,5 faiz, minik avtomobilləri – 12,1 faiz, dərman vasitələri – 16,0 faiz artmış, buğda idxalı isə 2,7 faiz, bitki yağları – 14,5 faiz, xam şəkər – 24,8 faiz, şo­kolad və şokolad məhsulları – 5,8 faiz, çay - 2,6 faiz, təzə tərəvəz – 41,5 faiz azalmış­dır.

Samirə ƏLIYEVA,

 “Xalq qəzeti”

 

19 May 2022 09:29 -

Köhnə versiyamızdan xəbərləri izlə