Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağdamda V Beynəlxalq Həmzə Nigari simpoziumu keçirilir

Ağdamın Quzanlı qəsəbəsindəki Muğam Mərkəzində start götürən V Beynəlxalq Həmzə Nigari sim­poziumu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Türkiyə Cümhuriyyəti Amasiya Univer­sitetinin təşkilatçılığı ilə təşkil olunub. Üç gün davam edəcək beynəlxalq sim­poziumun keçirilməsində əsas məqsəd Həmzə Nigarinin fikir dünyası və həyatı ilə yanaşı, Türk və İslam dünyası araşdırmalarını dəyərləndirməkdir.

Simpoziumda milli rəqslər, ifalar, bədii qiraət nümunələri təqdim olunacaq. Eyni zamanda, Azərbaycan, Türkiyə, İtaliya, İran, Rusiya, Qazaxıstan, Özbəkistan, Şimali Ma­kedoniya və s. ölkələrdən 200-dən çox alim və tədqiqatçının məruzələri dinləniləcək.

Məruzələr Həmzə Nigari araşdırmaları, İsmayıl Şirvani, nəqşibəndilik, xəlvətilik, sufizm, İslam, Türk dünyası, Qafqaz, Qara­bağ, Şuşa şəhəri, bərpa və konservasiya, ədəbiyyat, sənətşünaslıq araşdırmaları kimi mövzuları əhatə edəcək.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

19 May 2022 09:28 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə