Ən son xəbərlər
Ukraynada Rusiyanın xüsusi hərbi əməliyyatı davam edir. Dünən RF Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Ukraynanın Mariupol şəhərindəki “Azovstal” zavodundan 694 hərbçi əsir düşüb. Onlardan 29 nəfəri yaralıdır. Məlumatı “İnterfaks.ru” verib.
Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib ki, mayın 16-da “Azovstal”dan 959 Ukrayna hərbçisi və 80 nəfər yaralı rus ordusuna könüllü əsir düşüb. Yaralılardan 51-i Donetskdəki Novoazovsk xəstəxanasına yerləşdirilib.
Konaşenkovun sözlərinə görə, bundan əlavə, Rusiya hərbi qüvvələri son sutka ərzində Ukraynanın 4 döyüş təyyarəsini vurub: “Rusiyanın hava hücumundan müdafiə vasitələri Donetskin Tripolye yaşayış məntəqəsi üzərində Ukraynanın bir Su-25 təyyarəsini vuraraq məhv edib. Bundan başqa, Xarkov vilayətinin Kamennaya Yaruqa yaşayış məntəqəsində Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsi də vurulub”.
O qeyd edib ki, Rusiyanın Hava Kosmik Qüvvələri tərəfindən Nikolayev rayonunda Ukraynaya məxsus S-300 zenit-raket kompleksinin divizionu, eləcə də iki idarəetmə məntəqəsi, bir ərazi müdafiə qərargahı, 31 canlı qüvvə və hərbi texnika bazası məhv edilib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı isə Rusiyanın hərbi itkiləri barədə məlumat yayıb. Məlumatda bildirilir ki, fevralın 24-dən dünən səhər saatlarına qədər Rusiya Silahlı Qüvvələrinin 1 251 tankı, 3043 zirehli döyüş maşını, 586 artilleriya sistemi, 199 reaktiv yaylım atəşi sistemi, 91 havadan müdafiə sistemi, 202 hərbi təyyarəsi, 167 helikopteri, 2 137 avtomobil texnikası və yanacaq çəni, 13 gəmi-kateri, 441 uçan pilotsuz uçuş aparatı, 43 xüsusi avadanlığı, 102 qanadlı raketi məhv edilib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın dünənə qədər təxminən 28 300-dən çox canlı qüvvəsini itirdiyini bəyan edib.
Paşa ƏMİRCANOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə