Ən son xəbərlər
Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyinin məlumatına görə, son sutka ərzində ölkədə 232 min 880 nəfər koronavirus infeksiyasının “omicron” ştammının məlum olmayan növünə yoluxub, 205 min nəfər sağalıb, 6 nəfər vəfat edib.
Agentliyin məlumatına görə, aprelin sonlarından indiyədək Koreya Xalq Demokratik Respublikasında (KXDR) 1 milyon 715 min 950 nəfər COVID-19 virusunun “omicron” ştammının məlum olmayan növünə yoluxub, 1 milyon nəfər sağalıb, 691 min nəfərdən çox adamın müalicəsi davam etdirilir, 62 nəfər vəfat edib.
Qəzənfər QASIMOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə