Ən son xəbərlər
Cənubi Koreya Prezidentinin rəsmi iqamətgahı olan Mavi Ev 74 il sonra ictimaiyyətə açıldıqdan sonra minlərlə insan onu ziyarət edib. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Yeni prezident Yoon Suk- Yeolun ilk işlərindən biri Mavi Evdəki prezident ofislərini köçürmək və ictimaiyyətə açmaq idi. Mayın 10-da ziyarətə açılan sarayı gündə təxminən 39 min insan ziyarət edir.
Seçki öhdəliklərindən biri Mavi Evi açmaq olan Yoon prezident ofislərini təxminən 5 kilometr uzaqlıqdakı Müdafiə Departamentinin kampusuna köçürməyi tapşırıb.
ABŞ-dakı Ağ Evə bənzər bir saray tikməyi hədəflədiyini bildirən Yoon yeni ofislərin xalqla daha yaxşı ünsiyyət imkanları yaradacağını bildirib.
Qeyd edilir ki, Yoonun sarayın yerini dəyişdirmək planı tələsik atılan addım olduğu üçün tənqidlərə məruz qalıb.
Xatırladaq ki, Mavi Ev Yoonun vəzifədə olduğu ilk gün ictimaiyyətə açılıb.
Rövşən TOĞRUL,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə