Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Amerika və Avropa neft şirkətləri Venesuelada fəaliyyətini yenidən bərpa edəcək

“Anadolu” agentliyinin yaydığı xəbərə görə, Amerika və Avropanın neft şirkətləri Venesuelada fəaliyyətini bərpa edəcək.

Venesuelanın vitse-prezidenti Delcy Rodriguez Twitter hesabında qeyd edib ki, Venesuelanın Bolivar hökuməti ABŞ-ın Avropa və ABŞ neft şirkətlərinə Venesuelada danışıq­lar aparmaq və əməliyyatlarına yenidən başlamaq icazəsi verdiyi barədə xəbərləri təsdiqləyib.

Ölkəsinə qarşı sanksiyaların tamamilə aradan qaldırılması üçün mübarizəni davam etdirəcəklərini vurğulayan Rodriges qeyd edib: “Dünya Venesuelanın öz səyləri ilə iqtisadi dirçəliş yolunda ilk addım­ları atdığını, qanunsuz sanksiyaları və qeyri-insani blokadanı aşdı­ğını bilir. Xalqımız bizim son işlərimizi və nailiyyətlərimizi qürurla izləyir”. Venesuelanın demokratik dəyərlərə sadiq ölkə olduğunu deyən Rodriges dialoqun təşviqi üçün səy göstərəcəklərini bildirib.

Rövşən ATAKİŞİYEV,

“Xalq qəzeti”

19 May 2022 09:24 - İQTİSADİYYAT
İQTİSADİYYAT
2 İyul 2022 | 15:54
Azərbaycan nefti bahalaşıb
2 İyul 2022 | 10:39
Neft bahalaşıb

Köhnə versiyamızdan xəbərləri izlə