Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Litva Prezidenti: Biz Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə irəliləyişi dəstəkləməkdə davam edirik

Litva Avropa İttifaqı ilə Azərbaycan arasında daha fəal əməkdaşlığın tərəfdarıdır. Azərbaycan Avropa İttifaqının Şərq Tərəfdaşlığı platforması kontekstində çox önəmli ölkədir və strateji enerji tərəfdaşıdır. Biz Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə irəliləyişi dəstəkləməkdə davam edirik.

Bu barədə Litva Prezidenti Gitanas Nauseda Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşlərindən sonra mətbuata bəyanatında bildirib.

“Avropa İttifaqında enerji ixrac edən alternativ ölkələrlə, o cümlədən təbii qaz sahəsində Azərbaycanla əməkdaşlığın gücləndirilməsinə böyük maraq var. Azərbaycan enerji sektorunda Avropa İttifaqının etibarlı tərəfdaşıdır.

Biz ölkələrimiz arasında Avropa və digər beynəlxalq inkişaf alətləri vasitəsilə əməkdaşlıq potensialını görürük. Biz öz uğurlarımızla və islahatlar sahəsindəki təcrübəmizlə bölüşməkdə maraqlıyıq”, - deyə Litva Prezidenti vurğulayıb.

18 May 2022 21:50 -

Köhnə versiyamızdan xəbərləri izlə