Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Göyçə mahalı azərbaycanlılarına qarşı deportasiya və soyqırımlarından bəhs edən kitab çap olunub

Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun Azərbaycan tarixi coğrafiyası və demoqrafiyası şöbəsi müdirinin vəzifəsini icra edən tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Əhmədovun “Göyçə mahalı azərbaycanlılarına qarşı deportasiyalar və soyqırımlar (XX əsr)” kitabı çap olunub.

Bu barədə Tarix İnstitutundan məlumat verilib.

Bildirilib ki, kitabda Göyçə mahalının tarixi coğrafiyası, inzibati-ərazi bölgüsü, bu bölgədə yaşayan əhalinin etnik tərkibi, həmçinin demoqrafik vəziyyəti barədə məlumat verilir. Eyni zamanda, Göyçə mahalında yaşayan azərbaycanlılara qarşı ermənilərin XX əsrdə törətdiyi qətliam, deportasiya və soyqırımlarının ictimai-siyasi əsasları tədqiq edilir, hakim dairələrin bölgədə apardığı etnik təmizləmə siyasətinin yaratdığı problemlər araşdırılır.

Kitabın elmi redaktoru tarix elmləri doktoru, professor Kərim Şükürov, elmi məsləhətçisi tarix üzrə fəlsəfə doktoru İsrafil Məmmədov, rəyçiləri tarix üzrə fəlsəfə doktorları Hacı Həsənov və Elmar Məhərrəmovdur.

18 May 2022 16:32 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə