Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi Bişkekdə üç dildə kitab şəklində çap edilib

Qırğızıstandakı Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” Bişkekdə Azərbaycan, türk və rus dillərində ayrıca kitab şəklində nəşr edilib.

AZƏRTAC xəbər verir ki, gələn ay kitabın təqdimatı nəzərdə tutulur.

Kitabda Şuşa Bəyannaməsinin imzalanma tarixi, sənədin Türkiyə Böyük Millət Məclisində və Azərbaycan Milli Məclisində təsdiq olunması, bununla bağlı Türkiyə və Azərbaycan Prezidentlərinin imzaladığı qanunlar öz əksini tapıb.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin “CNN Türk” televiziya kanalına müsahibəsinin tam mətni də Azərbaycan və rus dilliərində verilib.

500 tirajla Bişkekdəki “Uluu Toolor” nəşriyyatında çap edilən kitabı fond öz ənənələrinə sadiq qalaraq pulsuz yaymağı planlaşdırır.

Onu da qeyd edək ki, kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) və “Resmi gazete”nin də materiallarından istifadə edilib.

Toplu fondun tərcümə və nəşr etdirdiyi 139-cu kitabdır.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

18 May 2022 14:29 -

Köhnə versiyamızdan xəbərləri izlə