Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Magistraturaya sənəd qəbulu başa çatıb

2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat başa çatıb.

 Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ümumilikdə 21103 nəfər ərizəsini təsdiq edib. Onlardan 19372-si Azərbaycan, 1731-i isə rus bölməsi üzrədir.

Həmçinin 14839 nəfər 2-ci cəhd imtahanında iştirak etmək üçün qeydiyyatdan keçib. Onlardan 13760-ı Azərbaycan, 1079-u isə rus bölməsində təhsil almış bakalavrlardır.

Qeyd edək ki, magistraturaya qəbulun ikinci cəhd imtahanı mayın 29-da keçiriləcək. Birinci cəhd imtahanı isə fevralın 20-də baş tutmuşdu.

18 May 2022 10:58 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə