Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyi (DİN) mayın 17-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 48 cinayətin üstünü “isti izlər”lə açıblar.

Əvvəlki dövrlərdən bağlı qalmış 21 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 92 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 73 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş bir yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı bir fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.

18 May 2022 10:25 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
5 İyul 2022 | 17:12
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə