Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu gündən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə start verilir

Mayın 18-i saat 11:00-dan etibarən dövlət ümumi təhsil müəssisələrində işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə verilir.

Bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib.

Bildirilib ki, vakansiya seçimində müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi qəbul olunmuş namizədlər iştirak edə bilərlər. Vakansiya seçimi üçün elektron sistem mayın 23-ü saat 11:00-dək aktiv olacaq və namizədlər həmin tarixədək vakansiya seçimi edərək elektron ərizələrini təsdiqləməlidirlər.

18 May 2022 10:35 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə