Ən son xəbərlər
ABŞ Hərbi Hava Qüvvələri ARRW (Air-Launched Rapid Response Weapon) proqramı çərçivəsində hipersəs silahının prototipinin uğurla sınaqdan keçirildiyini bəyan edib.
Bazar ertəsi yayılan bəyanatda deyilir ki, ABŞ Hərbi Hava Qüvvələrinin Boeing B-52H Stratofortress strateji bombardmançı təyyarəsi mayın 14-də Kaliforniyanın cənub sahillərində ARRW proqramı çərçivəsində hazırlanmış AGM-183A hipersəs raketinin uğurlu buraxılışını həyata keçirib.
Təyyarədən ayrıldıqdan sonra ARRW raket-daşıyıcı işə düşərək nəzərdə tutulan müddət ərzində səs sürətindən beş dəfə yüksək sürət yığmışdır.
ABŞ Hərbi Hava Qüvvələrinin silahlanma proqramının rəhbəri general Hit Kollinz bildirib ki, sınaq qüsursuz həyata keçirilib və bu unikal silah ARRW komandasının böyük nailiyyətidir.
Mayın 11-də Raketdən Müdafiə Agentliyinin direktoru Con Xill qeyd etmişdi ki, ABŞ Müdafiə Nazirliyi hipersəs və ballistik raketləri izləmək üçün hipersəs peyklərin prototiplərini 2023-cü ildə orbitə çıxarmaq niyyətindədir.
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə