Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İsveçin xarici işlər naziri ölkənin NATO-ya üzvlüklə bağlı müraciətini imzalayıb

İsveçin Xarici İşlər naziri Ann Linde ölkənin NATO-ya üzvlüklə bağlı müraciətini imzalayıb.

Nazir açıqlama verərək bildirib ki, İsveçin üzvlük müraciəti Finlandiyanın analoji müraciəti ilə eyni zamanda təqdim oluna­caq. A.Linde sənədin baxılmasının və ratifikasiyasının bir ilədək davam edə biləcəyini vurğulayıb.

İsveçin Baş naziri Maqdalena Andersson bazar ertəsi qeyd edib ki, ölkə İsveç xalqının təhlükəsizliyini təmin etmək üçün Finlandiya ilə birlikdə NATO-ya daxil olmalıdır.

Qeyd edək ki, İsveçin NATO-ya üzvlüklə bağlı müraciəti ötən gün hökumət tərəfindən qəbul edilib. Finlandiya Prezidenti Sauli Niinistö dünən İsveçə dövlət səfəri zamanı İsveç kralı və baş nazirlə görüşərək müxtəlif məsələri müzakirə etmişdir.

“Xalq qəzeti”

17 May 2022 23:58 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
6 İyul 2022 | 00:32
Xarici xəbərlər
5 İyul 2022 | 09:18
Yaponiyada tayfun həyəcanı

Köhnə versiyamızdan xəbərləri izlə