Ən son xəbərlər
İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Avropa İttifaqı–Azərbaycan biznes forumunda bildirib ki, son on il ərzində Avropa Azərbaycan iqtisadiyyatına 20 milyard dollardan çox vəsait yatırıb.
Mikayıl Cabbarov deyib: “Avropa İttifaqı (Aİ) Azərbaycanın etibarlı ticari-iqtisadi tərəfdaşıdır. Azərbaycanda Aİ-dən olan 700-dən çox şirkət işləyir. Bu il Azərbaycanla Aİ arasında ticarət dövriyyəsinin artımı gözlənilir”.
Nazir qeyd edib ki, 2021-ci ildə Azərbaycan iqtisadiyyatı 2020-ci illə müqayisədə 5,6 faiz artıb: “Digər göstəricilər, o cümlədən neft-qaz və qeyri-neft sahələri artıb. 2022-ci ilin əvvəlindən qeyri-neft məhsullarının istehsalının artımı təxminən 40 faiz təşkil edib ki, bu da vergi daxilolmalarının artmasına təsir edir. Vergi daxilolmalarında artım 250 milyon dollara bərabərdir”.
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə