Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İƏT PA-nın Üçüncü Ümumi Konfransının iştirakçıları ulu öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransının iştirakçıları mayın 17-də Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə əklil qoyublar.

AZƏRTAC xəbər verir ki, ziyarət za­manı konfrans iştirakçılarını Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə təşkilatda nümayəndə heyətimizin üzvləri – İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, deputat­lar Elnur Allahverdiyev, İltizam Yusifov, Könül Nurullayeva və digər rəsmi şəxslər müşayiət ediblər.

Sonra Şəhidlər xiyabanına gələn qo­naqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canların­dan keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Bakının ən hündür nöqtəsindən pay­taxtımızın mənzərəsini seyr edən konfrans iştirakçılarına Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

İqtisadi Əməkdaşlıq Təşkilatı Parla­ment Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransının iştirakçıları, həmçinin “Türk şəhidliyi” abidəsini ziyarət edib, önünə əklil qoyaraq türk şəhidlərinə ehti­ramlarını bildiriblər.

17 May 2022 23:55 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə