Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tacikistan Respublikası Ali Məclisinin Nümayəndələr Palatasının sədri ilə görüş

Mayın 17-də Milli Məclisin Sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Tacikistan Respublikası Ali Məclisinin Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzoda ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, Parlamentin sədri qonağın Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında iştirakını yüksək dəyərləndirib.

Qeyd edilib ki, nümayəndə heyətlərimizin bu cür beynəlxalq tədbirlərdə işti­rakı, tərəfləri düşündürən məsələlərin müzakirəsi baxı­mından çox önəmlidir. Spiker Azərbaycan və Tacikistan xalq­larının oxşar mədəni dəyərlərə malik olmasının əlaqələrimizin inkişafı üçün yaxşı zəmin yaratdığını söyləyib. Qeyd edilib ki, Azərbaycan-Tacikistan dostluğunun qədim tarixi var­dır. Biz gələcəkdə də bu ölkə ilə həyatın müxtəlif sahələrində əlaqələrimizi genişləndirmək niyyətindəyik. Bildirilib ki, yüksək səviyyəli görüşlər zamanı, aparılan danışıqlar ölkələrimiz arasında imzalan­mış sənədlər əlaqələrimizin daha da inkişafına yaxşı zəmin yaradır.

Bu gün iqtisadi, mədəni humanitar sahələrdə münasibətləri daha da dərinləşdirmək üçün geniş imkanlar mövcuddur.

Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzoda İƏT PA Üçüncü Ümumi Konf­ransında iştiraka dəvətə görə minnətdarlığını ifadə edib, bu­rada gördüyü qonaqpərvərliyə və tədbirin yüksək səviyyədə təşkil olunması görə təşəkkür edib. Bildirib ki, Tacikistan Azərbaycanla təkcə siyasi deyil, iqtisadi, mədəni, huma­nitar sahələrdə də əməkdaşlığı genişləndirmək istəyir. Parlamentlər səviyyəsində əlaqələrin inkişafı bu sahələrə də öz müsbət təsirini göstərə bilər. Bu baxımdan nüfuz­lu beynəlxalq qurumlarda nümayəndə heyətlərimizin iştirakını və qarşılıqlı səfərləri qonaq təqdir edib.

Görüşdə parlamentlərarası əlaqələrinin buğunu, gələcək inkişaf perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

17 May 2022 23:54 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə