Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yanvar-aprel aylarında əsas kapitala 3,67 milyard manat vəsait yönəldilmişdir

2022-ci ilin yanvar-aprel aylarında əsas kapitala 3 milyard 678 milyon manat vəsait yönəldilmişdir.

Dövlət Statistika Komitəsi bildirib ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 29,9 faiz azalmış, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 17,9 faiz artmış­dır. İstifadə olunmuş vəsaitin 2 milyard 77,5 milyon manatı və ya 56,5 faizi məhsul istehsalı sahələrinə, 1 milyard 370,3 milyon manatı (37,2 faizi) xidmət sahələrinə, 230,2 milyon manatı (6,3 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 2 milyard 689,6 milyon manatını və ya 73,1 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 2 milyard 725,4 milyon manatı və ya 74,1 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 52,8 faiz, büdcə vəsaitləri 34,0 faiz, əhalinin şəxsi vəsaitləri 7,4 faiz, sair vəsaitlər 4,2 faiz, bank kreditləri isə 1,6 faiz təşkil etmişdir.

Samirə ƏLIYEVA, “Xalq qəzeti”

17 May 2022 23:41 - İQTİSADİYYAT
İQTİSADİYYAT
5 İyul 2022 | 10:47
Neft bahalaşıb
4 İyul 2022 | 14:05
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə