Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şabran rayonunun 9 kəndinin içməli su təchizatı yaxşılaşdırılır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi Regionların sosi­al-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti bölgələrdə kənd əhalisinin içməli su təminatının yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir. Şabran rayonunun Leyti, Ləcədi, Qələgah, Dağ Bilici, Zöhramı, Mumlu, Pirəbədil, Sumağava, Sumağava Qazma yaşayış məntəqələrini əhatə edən layihə 3000-dən çox sakinin içməli su problemini həll edəcək.

Layihəyə əsasən kəndlərə içməli su Şollar-Bakı su kəmərindən veriləcək. Su­yun optimal paylanmasını təmin etmək üçün kəndlərdə hər birinin tutumu 100-300 kubmetr olan 5 ədəd su anbarı tikilr. İkipilləli nasoslarla anbarlara çatdırılacaq suyun paylayıcı şəbəkələrə ötürülməsi üçün 28 km uzunluğunda müxtəlif diametrli magistral su xətləri çəkilib.

Layihə çərçivəsində 9 kəndin hər birində mərkəzləşdirilimiş şəbəkə yaradılır və bu məqsədlə 38 km xəttin inşası planlaşdırılıb. Eyni zamanda, kəndlərdə 965 evə birləşmə veriləcək və sayğaclar quraşdırılacaq. Hazır­da anbarlarda və şəbəkə xətlərində tikinti-qu­raşdırma və sayğaclaşma işləri aparılır. Cari ilin iyun ayında işlərin tam yekunlaşacağı və kəndlərə suyun verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Şabran rayonunun Ley­ti, Ləcədi, Qələgah, Dağ Bilici, Zöhramı, Mumlu, Pirəbədil, Sumağava, Sumağava Qazma kəndlərində mərkəzləşdirilmiş içməli su təchizatı sistemləri mövcud olmayıb. Bəzi kəndlərin sakinləri içməli suya olan tələbatlarını Dağ Bilici kəndi yaxınlığındakı Xırmı bulağından istifadə etməklə ödəyib. La­kin son illər bulağın məhsuldarlığı azaldığın­dan kəndlərin tələbatı tam ödənilmirdi. Buna görə sakinlər içməli suyu uzaq məsafədən daşıyır və ya maşınlarla alırdılar.

“Xalq qəzeti”

17 May 2022 23:20 - İQTİSADİYYAT
İQTİSADİYYAT
5 İyul 2022 | 10:47
Neft bahalaşıb
4 İyul 2022 | 14:05
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə