Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistanın son şansı, yoxsa...

Azərbaycanın regionda yaratdığı yeni reallıq davamlı sülhün əsasını təşkil edir. Prezident İlham Əliyevin bütün çıxışlarında bildirildiyi kimi, ölkəmizin artıq 5 prinsipdən ibarət sülh təklifi Ermənistana, eləcə də dünya ictimaiyyətinə məlumdur. Bu prinsiplər Avropada, eləcə də bütün dünyada müsbət qiymətləndirilr.

Xatırladaq ki, Azərbaycanla Ermənistan arasında sülh razılaş­ması komponentində əsas məqam ölkəmizin ərazi bütövlüyünün şərtləndirilməsi olub. Burada iki dövlət arasında münasibətlərin normallaşma­sı üçün ölkələrin bir-birlərinin suve­renliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərin toxunulmazlığı və siyasi müstəqilliyin qarşılıqlı şəkildə tanıma­sı məsələsi, dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi öz aydın ifadəsini tapıb. Eyni zaman­da, dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinilməsi qarşıya önəmli vəzifə kimi qoyulub.

Nəhayət, sülh razılaşmasının əsas komponentində dövlət sərhədinin delimitasiyası və demarkasiyası, dip­lomatik münasibətlərin qurulmasının, nəqliyyat və digər müvafiq kommu­nikasiyaların açılması, qurulması, habelə qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın yaradılması­nın zəruriliyi diqqətə çatdırılıb.

Amma sirr deyil ki, Ermənistan tərəfi İkinci Qarabağ müharibəsindən sonra sülh sazişinin hazırlanması prosesini uzatmaq məqsədi daşı­yan davamlı mövqe nümayiş etdi­rib, verdiyi vədə uyğun gəlməyən addımlar atıb. Məsələn, baş nazir Nikol Paşinyan bir müddət əvvəl Azərbaycanın sülh sazişinin hazırlan­ması üçün beynəlxalq hüquq norma­larına əsaslanan 5 şərti qəbul etdiyini bildirib. Lakin Paşinyan hakimiyyəti az sonra hansı səbəbdənsə mövqeyində dəyişiklik edərək, rəsmi İrəvanın artıq özünün də 6 şərt irəli sürmək qərarına gəldiyini bildirib.

Burada diqqətçəkən məqam odur ki, Ermənistan sülh müqaviləsinin hazırlanmasında Azərbaycanın 5 şərtinə əlavə bir bəndin də artırıl­masını xatırlatsa da, conuncunun nə olduğunu açıqlamağa o qədər də maraqlı görünmürdü. Başqa sözlə, işğalçı ölkə Azərbaycanın 5 şərtinə razılığını ifadə edən fikirləri tezis şəkilində diqqətə çatdırsa da, təfsilatı ilə ictimailəşdirməkdən məkrli yollarla yayınırdı. Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Ma­rukyanın mətbuata açıqlamasndan sonra isə bu dövlətin “sülh gizlinləri” ortaya çıxdı. Belə ki, Ermənistan sülh sazişinin hazırlanması ilə bağlı fikirlərində Azərbaycana qarşı heç vaxt ərazi iddiası olmadığını vurğula­sa da, bu dəfə Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinin təmin edilməsi, onların hüquq və azad­lıqlarına riayət olunması, həmçinin keçmiş Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi ilə bağlı məsələlərin prinsipial əhəmiyyət daşıdığını nəzərə çarpdırdı. Bax, bu məqamda Ermənistanın hələ də re­vanşist siyasətdən əl çəkmədiyi, sülh, əmin-amanlıq fikrindən uzaq olduğu özünü qabarıq büruzə verdi.

Ümumiyyətlə, İkinci Qarabağ müharibəsindən sonra rəsmi Bakı Xankəndi və ətraf ərazilərdə ya­şan ermənilərə haqlı olaraq, öz vətəndaşları kimi yanaşır. Azərbaycanın ərazi bütövlüyü məsələsinin nə Ermənistanın, nə də hər hansı bir ölkənin, beynəlxalq qu­rumun müzakirə etməsini qəti şəkildə rədd edir.

Ermənistan sülh sazişinin hazırlan­masına necə maraqlıdır ki, İkinci Qa­rabağ müharibəsində özünün acına­caqlı məğlubiyyəindən sonra “Dağlıq Qarabağ” adını və statusunu yenidən xatırladır. Bəlkə status məsələsinin parlaq zəfərimiz əldə edilməklə tarixin arxivinə atıldığını bilmir?!. Yox, bütün bunlardan yaxşı xəbərdardır, sadəcə, rəsmi İrəvan Xankəndi və ətraf bölgə ilə bağlı mövzunu gündəmə gətirməklə Azərbaycanın sülh çağı­rışlarını, necə deyərlər, qulaqardına vurur, regionda əmin-amanlığa maraq göstərməməsini təsdiqləyir. Bu fikri bir qədər də konkretləşdirib deyə bilərik ki, Ermənistan bu qədər qan-qadadan, rüsvayçı məğlubiyyətdən dərs çıxar­mayaraq, hələ də Azərbaycana qarşı ərazi iddiasında əl çəkmək istəmir.

Ermənistanın qalib tərəfə–Azərbaycana iddialarını qəbul etdirmək cəhdi bununla kifayətlənmir. İşğalçı ölkə sülh sazişi danışıqları­nın təşkilinə ATƏT-in Minsk Qrupu həmsədrlərini də qoşmağı arzulayır. Halbuki Ermənistan Minsk Qrupunun artıq mövcud olmadığını, bu quru­mun fəaliyyətsiz missiyasına son qoyulduğunu yaxşı bilir. Bəs o zaman bu iddianı səsləndirməkdə məqsəd nədir? Sualın cavabı sadə və aydın­dır: işğalçı sülh istəmir, qəsbkar re­vanşist düşüncəsindən, fitnə-felindən əl çəkmir.

Yeri gəlmişkən, Brüssel razılaşma­sında da “Dağlıq Qarabağ” ifadəsinə və ya keçmişin qalığı olan ATƏT-in Minsk Qqrupu həmsədrlik institu­tina istinad yoxdur. Bu, göstərir ki, bütün beynəlxalq təşkilatlar, eləcə də Avropa İttifaqı tərəfindən 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallıq qəbul edilir və öz mövqelərində bu reallığa əsaslanılır. Çünki İkinci Qarabağ müharibəsi ilə 30 il davam edən münaqişə həllini tapdığı üçün Minsk Qqrupu artıq lazımsız təsisata çevrilib, Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıq­ları nəzərdə tutan yeni mexanizm və format yaranıb.

Bu məqamda ABŞ-da yerləşən Kornegi Fondunun analitiki, “Qara və Bağ” kitabının müəllifi Tomas de Vaalın sözlərini xatırlatmaq istərdik. O, Minsk Qrupunun artıq fəaliyyətini dayandırdığını, əvəzində Rusiya və Avropa Birliyinin himayəsində olan formatların paralel işlədiyini bildirib. Tomas de Vaal, eyni zamanda, Rusiya və Avropa Birliyinin sülh prosesi ilə həmrəyliyinin 2020-ci il 10 noyabr tarixli bəyanatına uyğun gəldiyini də diqqətə çatdırıb.

Prezident İlham Əliyev Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayındakı çıxışında Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasın­dan bəhs edərkən, ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və bütün aparıcı beynəlxalq təşkilatların mövqeyimi­zi dəstəklədiklərini, postmünaqişə reallıqlarını qəbul etdiklərini bildirib. Ölkə rəhbəri bununla bağlı qon­şu olan beş ölkə tərəfindən 3+3 formatda əməkdaşlıq formatı yara­dıldığını da xatırladıb. Daha sonra qonşu ölkələrin, həmçinin böyük dövlətlərin postmünaqişə reallıqlarını qəbul etdiklərini diqqətə çatdıran dövlətimizin başçısı bu fikrin təsdiqinin Amerika Prezidenti və Böyük Britani­yanın Baş nazirinin ona göndərdikləri məktublarda da öz ifadəsini tapdığını vurğulayıb. Prezident İlham Əliyev deyib: “Yəni, biz artıq bu mərhələni keçdik və bundan sonra Azərbaycan-Ermənistan əlaqələrinin normallaş­ması məsələsi gündəlikdədir. Yenə də bu gündəliyi biz ortaya qoyduq. Bütün ağrılı məqamlara baxmaya­raq, işğala baxmayaraq, edilmiş bu vəhşiliklərə baxmayaraq, bölgənin gələcəyi naminə biz hesab edirik ki, buna ehtiyac var və biz sülh gündəliyi təqdim etdik və Ermənistandan hər hansı bir cavab gəlmədi. Beynəlxalq təşkilatlar da demək olar ki, buna o qədər də maraq göstərmədilər. Ona görə biz konkret olaraq beş prinsipdən ibarət təklif irəli sürdük və Ermənistan bu beş prinsipi qəbul etdi. Beləliklə, Ermənistan rəhbərliyi rəsmən bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyü­nü tanıyır və Azərbaycana hər hansı bir ərazi iddiası yoxdur və gələcəkdə də olmayacaq. Hesab edirəm ki, bu, postmünaqişə dövrü üçün vacib məqamdır və biz məhz bu beş prin­sip əsasında danışıqları aparmaq fikrindəyik”.

Dövlətimizin başçısı həmin çıxışında diqqətə çatdırıb ki, hazırda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri işçi qrupları formalaşdırır və yaxın gələcəkdə konkret danışıqla­ra başlanılması gözlənilir.

Ölkə rəhbəri daha sonra deyib: “Biz xoş niyyətimizi göstəririk və yenə də deyirəm, uzaqgörənlik göstəririk. Ermənistanda hərdən bir baş qaldı­ran revanşist qüvvələr bilməlidirlər ki, bu, Ermənistan üçün yeganə çıxış yoludur və bəlkə də son şansdır. Əgər bundan imtina etsələr, onda biz də Ermənistanın ərazi bütövlü­yünü tanımayacağıq, bunu rəsmən bəyan edəcəyik. İkinci Qarabağ müharibəsinin nəticələrini nəzərə alaraq Ermənistan tərəfi yaxşı başa düşməlidir ki, bu addım nəyə gətirib çıxaracaq”.

V.BAYRAMOV,

“Xalq qəzeti”

18 May 2022 00:16 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə