Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti “Sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarizə və qəza vəziyyətinin aradan qaldırılması” tədbirlərinin tikintisi nəzərdə tutulan aşağıdakı obyektlər üçün AÇIQ TENDER ELAN EDİR

 

1. “Astara rayonu, Astara sərhəd çayının 138-141 saylı sərhəd nişanları ərazilərində sərhəd yolunun və kommunikasiya qurğularının, Qapıçı məhəllə və Alaşa kəndlərinin sel suların­dan mühafizəsi” .

Ünvanı - Astara rayonu, Qapıçı məhəllə və Alaşa kəndləri.

İşlərin qısa təsviri- 33.6 hektar ərazinin mühafizəsi üçün 1879 metr uzunluğunda, 6÷9 metr hündürlüyündə dəmir-beton mühafizə divarının tikintisi.

İşlərin yerinə yetirilmə müddəti - 15 aydır.

2. “Qusar rayonunun Girik kəndinin və sərhəd zastavasının Samur çayının sel- suların­dan mühafizəsi” .

Ünvanı- Qusar rayonu, Girik kəndinin inzibati ərazisindəki sərhəd zastavası.

İşlərin qısa təsviri- 77 hektar ərazinin mühafizəsi üçün 1100 paqona metr uzunlu­ğunda, 8 metr hündürlüyündə beton mühafizə divarının tikintisi.

İşlərin yerinə yetirilmə müddəti - 21 aydır.

Satınalan təşkilatın adı- Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin

Birləşmiş Müdiriyyəti

Əlaqələndirici şəxs- Quliyev Emin Arif oğlu.

Satınalan təşkilatın ünvanı- Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 69a.

Əlaqələndirici şəxsin E-mail: [email protected]

Əlaqə nömrəsi- (012) 431 08 64.

Tender təkliflərinin qiymətləndirməsi meyar­ları- avans tələbi üzrə maksimal -10 bal,

qiymət təklifi üzrə isə 90 bal müəyyənləşdirilmişdir.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim edə bilərlər.

İştirak haqqı- 2000 (iki min manat) manatdır.

İddiaçılar aşağıda göstərilən hesaba müəyyən edilmiş iştirak haqqını ödədikdən sonra tenderin əsas şərtlər toplusunu əldə edə bilərlər. Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti

VÖEN - 1300300711

H/h- AZ 10 IBAZ 380700194497 16100216,

Azərbaycan Beynəlxalq Bankının Yasamal filialı

M/h AZ03NABZ01350100000000002944

VÖEN- 9900001881

SWIFT : IBAZAZ2Х (AZIPS-in üzvü)

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Tender təklifi qiymətinin 1 faizi məbləğində tender təklifinin təminatı (bank zəmanəti, tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox qüvvədə olmalıdır (bank tərəfindən təqdim edilməlidir).

2. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi halla­rının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış (vergi xidməti tərəfindən təqdim edilməli, qeydiyyat tarixi cari rüb ərzində olmalıdır.

3. İddiaçının son bir ildəki fəaliyyəti haqqın­da vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (son maliyyə dövrünə olan məlumatı əks etdirməsi zəruridir).

4. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (bank tərəfindən təqdim edilməli, qeydiyyat tarixi cari rüb ərzində olması zəruridir).

5. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə (kom­mersiya və hüquqi şəxslərin Dövlət qeydiyyatı reyestrindən çıxarış, iddiaçı tərəfindən təqdim edilməli, nizamnamənin, dövlət reyestrindən çıxarışın və şəhadətnamənin notarial qaydada təsdiq olunması zəruridir).

6. Rekvizitlər (iddiaçının və ya bankın imzası və möhürü ilə təsdiq edilməsi zəruridir).

7. Satınalma prosedurlarının başlanma­sından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi (asan xidmət tərəfindən təqdim edilməli, qeydiyyat tarixi cari rüb ərzində olmalıdır).

8. Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması (vergi xidməti tərəfindən təqdim edilməli, son rübü əhatə etməliddir).

9. Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması (vergi xidməti tərəfindən təqdim edilməli, qeydiyyat tarixi cari rüb ərzində olmalıdır).

10. Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsini etibarlığının olması (iddiaçı tərəfindən təqdim edilməlidir).

12. İddiaçının mikro, kiçik və orta sahib­karlıq subyektlərinin meyarlarına uyğun olması (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilməlidir).

13. İddiaçının müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müva­fiq lisenziyaya və ya icazəyə malik olması (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirli­yi tərəfindən təqdim edilməlidir).

İddiaçılar tenderdə iştirak üçün yuxarıda 3-cü və 13-cü sıralarda göstərilən sənədləri 10 iyun 2022-ci il saat 17.00-a qədər (tender təkliflərinin açılışına 7 (yeddi) bank günü qalmış).

İxtisas göstəriciləri uyğun gələn iddiaçıların tender təklifi və bank təminatı isə 21 iyun 2022-ci il saat 17.00-a qədər (tender təkliflərinin açılışına 1 (bir) bank günü qalmış) möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə satınalan təşkilata təqdim edilməlidir.

İddiaçıların təklifləri 22 iyun 2022-ci il saat 11.00-da açılacaqdır.

Tender iştirakçılarının səlahiyyətli nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

Tender komissiyası

18 May 2022 00:01 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN

Köhnə versiyamızdan xəbərləri izlə