Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

FHN “Dənli və texniki bitkilərin, eləcə də meşələrin yanğın təhlükəsizliyi” mövzusunda silsilə seminar-müşavirələr keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın hadisələrinin qar­şısının alınması, eləcə də meşələrin yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə Nazirliyin Muğan və Cənub Regional mərkəzlərində, Salyan, Neftçala, Ağcabədi, Qax və Balakən Rayon İcra hakimiyyətlərində, Cəlilabad rayon Heydər Əliyev Mərkəzində, Ağdam rayon Mədəniyyət Mərkəzində və Şamaxı şəhər Mədəniyyət evində "Dənli və texniki bitkilərin, eləcə də meşələrin yanğın təhlükəsizliyi" mövzusunda regional seminar-müşavirələr keçirib.

Tədbirlərdə müvafiq regionlarda fəaliyyət göstərən rayon icra hakimiyyətlərinin və bələdiyyələrin, meşə mühafizəsi və bərpası müəssisələrinin, Polis şöbələrinin, “Aqro­servis” ASC-lərin məsul şəxsləri, fermer təsərrüfatı sahibləri iştirak ediblər.

Seminar-müşavirələrdə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanma­sı və emalı dövründə, eləcə də meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyinin təmin edilməsi, həmçinin rayon ərazisində açıq sahələrdə mövcud olan quru ot, kol-kos, məişət tullantılarının vaxtında təmizlənməsi istiqamətində aidiyyəti təşkilatlar qarşısında məsələlər qaldırılıb və yanğın təhlükəsizliyi ilə bağlı qaydalar izah olunub.

Tədbirlərdə mövzu ilə bağlı müzakirələr aparılıb, FHN əməkdaşları tərəfindən zəruri tövsiyələr verilib, suallar cavablandırılıb.

“Xalq qəzeti”

17 May 2022 23:47 -

Köhnə versiyamızdan xəbərləri izlə