Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kanal tullantılardan təmizlənib

Yuxarı Qarabağ kanalına tullantıların atılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, ərazi regional ekologiya idarəsinin əməkdaşlarının nəzarəti altında Yuxarı Qarabağ Kanalı İstismar İdarəsinin işçiləri tərəfindən tullantılardan təmizlənib və rayon poliqonuna daşınıb.

B.Məhəmmədov havaların istiləşməsi və istirahət mövsü­münün başlaması ilə əlaqədar tullantıların idarə olunmasın­da səylərin birləşdirilməsi, ictimaiyyətin bu məsələyə həssas yanaşması üçün çağırış edib.

“Təəssüf ki, yaşadığımız mühitə etinasız yanaşma, ətraf mühitə laqeyd münasibət hələ də var. Bilməliyik ki, atdığımız tullantı həcmindən asılı olmayaraq geriyə, özümüzə qayıdır, çayları, dənizi bərbad edir. Yaşadığımız mühiti zibilləməyək, ətraf mühitin çirkləndirilməsinə imkan verməyək”.

Qəzənfər QASIMOV,

“Xalq qəzeti”

17 May 2022 23:53 - EKOLOGİYA
EKOLOGİYA
1 İyul 2022 | 17:55
Sabaha olan hava PROQNOZU
30 İyun 2022 | 17:57
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə