Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Taliban” Əfqanıstan parlamentini buraxıb

Əfqanıstandakı “Taliban” hökuməti ölkənin ikipalatalı parlamenti olan Milli Şuranı, həmçinin Milli Barışıq, İnsan Hüquqları şuralarını və Kons­titusiyanın icrasına nəzarət üzrə Komissiyanı buraxıb. Məlumatı “BBC” yayıb.

Xəbərdə deyilir ki, bu barədə “Taliban” hərəkatının lideri Heybətullah Axundzadənin göstərişi ilə Əfqanıstanın de-fakto hökumət başçısı Məhəmməd Həsən Axund qərar imzala­yıb. Adları çəkilən qurumların buraxılması dövlət büdcəsinə qənaətlə əlaqələndirilib.

“Taliban” qruplaşması 2021-ci ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirib. Qruplaşma daha mü­layim siyasi xətt yürüdəcəyini sübut etməyə çalışırdı. Onlar yeni parlament seçkilərinin keçiriləcəyini də vəd etmişdilər. Xatırladaq ki, “Taliban” 1994-cü ildə yara­dılıb. 1996-2001-ci illərdə Əfqanıstanın əksər ərazisinə nəzarət edib.

2001-ci il sentyabrın 11-də ABŞ-dakı terror akt­larından bir müddət sonra Vaşinqton Əfqanıstana hərbi müdaxilə edib və “Taliban” hakimiyyətdən uzaqlaşdır­lıb. Yeri gəlmişkən, Taliba­nın indiki hökuməti əvvəlki kimi hələ də dünya birliyi tərəfindən tanınmayıb.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

17 May 2022 23:02 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
6 İyul 2022 | 00:32
Xarici xəbərlər
5 İyul 2022 | 09:18
Yaponiyada tayfun həyəcanı

Köhnə versiyamızdan xəbərləri izlə