Ən son xəbərlər
PSJ klubunun futbolçusu Kilian Mbappe İspaniyanın “Real” komandası ilə şəxsi müqavilənin detallarını razılaşdırıb. Bildirilir ki, 24 yaşlı hücumçu hələlik “kral klubu” ilə sözləşməyə imza atmayıb. Bu səbəbdən PSJ rəhbərliyi fransalı forvardı fikrindən daşındırmaq üçün əlindən gələni edir.
Qeyd edək ki, bir müddət əvvəl “Marca” nəşri “Real”ın Kilian Mbappeyə illik 40 milyon avro məvacib təklif etdiyini və keçidin tamamlandığını yazıb.
Xəbəri “Futbolhd” verib.
Elçin ABBASOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə