Ən son xəbərlər
Moskvada “Moskviç” avtomobillərinin yenidən istehsalına başlanacaq. Bunu Moskva meri Sergey Sobyanin açıqlayıb. O bəyan edib ki, Moskvadakı “Renault” zavodu şəhərin balansına keçib və orada “Moskviç” brendi altında avtomobillər buraxılacaq.
Qeyd edilir ki, Dmitri Pronin “Moskviç” avtomobil zavodunun direktoru təyin edilib. Məlumata görə, o, 10 il Moskva Nəqliyyat Kompleksində rəhbər vəzifələrdə çalışıb və avtomobil sənayesində böyük təcrübəyə malikdir.
Yeri gəlmişkən, “Moskviç” avtomobilləri Rusiyada bu ildən istehsal oluna bilər.
Xəbəri TASS verib.
Elçin ABBASOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə