Ən son xəbərlər
Yunanıstan hökuməti ABŞ-ın “Lockheed Martin” şirkətinin istehsalı olan beşinci nəsil çoxməqsədli “F-35” qırıcı-bombardmançı təyyarələrinin alınması üzrə Vaşinqtonla əməkdaşlığa başlayır. Bunu Yunanıstanın baş naziri Kiriakos Mitsotakis Ağ Evdə ABŞ Prezidenti Co Baydenlə danışıqlardan sonra birgə mətbuat konfransı zamanı açıqlayıb. O deyib: “Ümid edirəm ki, biz bu təyyarəni silahlı qüvvələrimizin arsenalına əlavə edə biləcəyik. Mən xoşbəxtəm ki, “Lockheed Martin” şirkəti rəsmi olaraq Yunanıstan sənayesinə sərmayə qoymaqda maraqlı olduğunu bildirdi”.
Xəbəri “The Guardian” verib.
Elçin ABBASOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə