Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

Mayın 17-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd və Aşağı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə və Barmaqbinə məntəqələri istiqamətlərində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.

17 May 2022 23:32 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə