Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Mədəniyyət Nazirliyi arasında birgə layihələr barədə danışıqlar aparılıb

Mədəniyyət naziri Anar Kərimov və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva arasında görüş keçirilib.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, görüşdə fondun qurucu üzv ölkəsi olan Azərbaycanla təşkilat arasında mövcud tərəfdaşlıq münasibətlərinin daha da genişlənməsi və türk dünyasının mədəni birliyinin möhkəmlənməsi yönündə birgə addımların atılması mövzusunda danışıqlar aparılıb.

Tərəflər 2023-cü ilin Şuşanın türk dünyasının mədəniyyət Paytaxtı elan edilməsinə toxunaraq, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Mədəniyyət Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində görüləcək işlər haqqında müzakirələr aparıblar. Görüşdə Mədəniyyət Nazirliyi tərəfindən irəli sürülən “Mədəniyyət naminə sülh” (“Peace4Culture”) adlı qlobal kampaniyaya fondun öz töhfəsini verməyə davam edəcəyi bildirilib.

Həmçinin, fondun büdcəsinin təsdiqlənməsi və təşkilatın katibliyinin beynəlxalq səviyyədə formalaşması ilə üzv ölkələrin zəngin mədəniyyətinin, tarixinin araşdırılması və tanıdılması yönündə layihələrin daha da genişmiqyaslı şəkildə həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

17 May 2022 16:23 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə