Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sabah Mədəniyyət Nazirliyinin tabeliyində olan muzeylərə giriş pulsuz olacaq

Hər il mayın 18-i Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir.

Beynəlxalq Muzeylər Günü Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis edilib və bu günün məqsədi muzeylərin cəmiyyətin həyatında mühüm rol oynadığını göstərməkdir.

Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunmuş bu gün hər il müxtəlif deviz altında keçirilir. Bu il Beynəlxalq Muzeylər Günü “Muzeylərin gücü” mövzusuna həsr olunub.

Beynəlxalq Muzeylər Günü ilə əlaqədar vətəndaşların asudə vaxtının səmərəli təşkili məqsədilə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə açıq qapı günü elan olunub. Vətəndaşlarımız və ölkəmizin qonaqları 18 may tarixində ödənişsiz olaraq muzeyləri ziyarət etmək imkanı əldə edəcəklər.

17 May 2022 16:02 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə