Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Magistraturaya sənəd qəbulu bu gün başa çatır

Magistraturaya sənəd qəbulu bu gün saat 23:59-dək davam edəcək.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır. Bu gün saat 09:35-ə olan məlumata əsasən, 11 min 991 bakalavr (Azərbaycan bölməsi - 11109 ; rus bölməsi - 882 ) ərizəsini təsdiq edib. Sənəd qəbulunda iştirak etmək istəyənlər ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği müvafiq hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış olmaq mümkündür.

Bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə aşağıdakı linkə daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir.

İmtahan mayın 29-da keçiriləcək.

17 May 2022 15:55 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə