Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Energetika Nazirliyində Avstriya şirkətləri ilə görüş olub

Azərbaycan və Avstriya arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 10-cu iclası çərçivəsində ölkəmizdə səfərdə olan Avstriya şirkətləri ilə görüş keçirilib.

Energetika Nazirliyindən verilən məlumata görə, Avstriyanın Rəqəmsal və İqtisadi İşlər üzrə Federal Nazirliyinin Xarici İqtisadi Əlaqələr Qrupunun rəhbəri, Azərbaycan-Avstriya Qarışıq Komissiyasının qarşı tərəfdən həmsədri Franz Vessiqin rəhbərlik etdiyi nümayəndə heyətinə Azərbaycanda “yaşıl enerji”dən istifadənin genişləndirilməsi üzrə qarşıya qoyulan strateji hədəflər barədə məlumat verilib. Ölkəmizin bərpa olunan enerji potensialı, o cümlədən dənizdə külək enerjisi resursları, sahə üzrə institusional mühit və müəyyən edilmiş hədəflərin reallaşdırılması istiqamətində atılmış addımlar, gələcək planlar və s. kimi məsələləri özündə ehtiva edən təqdimat nümayiş etdirilib. Ölkəmizdə, xüsusilə də işğaldan azad edilmiş ərazilərimizdə bərpa olunan enerji sahəsində əməkdaşlıq üçün potensialın olduğu bildirilib.

Görüşdə iştirak edən şirkətlər tərəfindən öz profilləri və fəaliyyət istiqamətləri haqqında geniş məlumat verilərək, işğaldan azad olunmuş ərazilərdə günəş enerjisi və hidroenerji sahələrində potensial əməkdaşlıq imkanlarının ətraflı öyrənilməsinə maraq ifadə edilib.

17 May 2022 15:37 - İQTİSADİYYAT
İQTİSADİYYAT
5 İyul 2022 | 10:47
Neft bahalaşıb
4 İyul 2022 | 14:05
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə