Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Tarix yazan şəhidlər” adlı tədbir təşkil olunub

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Müşfiqabad qəsəbə Mədəniyyət evində 44 günlük Vətən müharibəsində igidlik göstərərək şəhidlik zirvəsinə ucalan şəhidlərimizə həsr olunmuş “Tarix yazan şəhidlər”adlı tədbir keçirilib.

Baş İdarədən verilən məlumata görə, tədbirdə şəhid ailələri, 320 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi iştirak edib. Tədbirdə Müşfiqabad qəsəbəsindən olan hər bir şəhid haqqında, onun həyatı, döyüş yolu barədə müfəssəl məlumat verilib.

Tədbirdə 44 günlük müharibədə ordumuzun qazandığı uğurları və böyük qələbəni xronoloji ardıcıllıqla işıqlandıran videoçarx nümayiş olunub.

Sonda tədbir iştirakçıları Müfiqabad qəsəbəsində yerləşən Şəhidlər xiyabanını ziyarət ediblər.

17 May 2022 15:26 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə