Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Formula 1 azarkeşlərinin səbirsizliklə gözlədiyi avtoqraf sessiyası ikiillik fasilədən sonra Azərbaycan Qran-Prisinə qayıdır

Formula 1 azarkeşlərinin səbirsizliklə gözlədiyi avtoqraf sessiyası ikiillik fasilədən sonra Azərbaycan Qran-Prisinə qayıdır. Avtoidman həvəskarları yarış həftəsi çərçivəsində - iyunun 11-də məşhur pilotlarla yenidən görüşmək imkanı qazanacaqlar.

Bütün bilet sahibləri Formula 1 şəhərciyi ərazisində baş tutacaq avtoqraf sessiyasında öz sevimli ulduzlarını görə biləcəklər.

Formula 1-in üçüncü sərbəst yürüşündən əvvəl nəzərdə tutulan avtoqraf sessiyasında azarkeşlər kral yarışlarının ulduz sürücüləri ilə görüşmək, xatirə şəkli çəkdirmək və xüsusi imzalı kartları özləri ilə götürmək imkanı əldə edəcək, bu möhtəşəm görüşdən xoş təəssüratlarla ayrılacaqlar.

Bilet sahiblərindən avtoqraf sessiyalarının bir hissəsi olmaq və avtoidmanın məşhurları ilə görüşmək üçün əvəzolunmaz şansı əldən verməmək üçün Azarkeş Zonasına erkən gəlmələri xahiş olunur.

Avtoqraf sessiyaları ilə yanaşı, bu ilin bilet sahibləri pit zolağında gəzə biləcəklər. Pit zolağı gəzintisi iyunun 9-na nəzərdə tutulub.

Xatırladaq ki, yalnız üçgünlük bileti olan tamaşaçılar pit zolağında gəzə biləcəklər.

17 May 2022 10:25 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə