Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın cüdo hakimi "A" kateqoriyalı yüksək hakimlik lisenziyası əldə edib

Beynəlxalq Cüdo Federasiyası (IJF) Qazaxıstanın Almatı şəhərində hakimlər üçün seminar və cüdo idman növü üzrə ən yüksək hakimlik dərəcəsi olan "A" kateqoriyalı beynəlxalq dərəcənin alınması üçün imtahan keçirib.

Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, seminar və imtahanda 13 ölkənin nümayəndələri, o cümlədən, ACF-in hakimlər üzrə meneceri Mətin Rəhimli iştirak edib.

İlk iki gün ərzində iştirakçılar hakimlərin yarışları dəqiq və səmərəli idarə etmələri üçün əyani vəsait kimi çoxsaylı video materiallarla tanış olublar. Daha sonra ədalət təmsilçiləri təlimin nəzəri hissəsinə dair imtahan veriblər.

Ardınca onlar mayın 13-15-də Almatı şəhərində baş tutan yeniyetmələrin və gənclərin Asiya kubokunda görüşləri idarə edərək praktiki imtahan veriblər. Hər iki imtahanı yüksək nəticə ilə keçən Mətin Rəhimli "A" kateqoriyalı yüksək hakimlik lisenziyası əldə edib.

Qeyd edək ki, sonuncu dəfə Azərbaycan təmsilçisi "A" kateqoriyalı hakimlik lisenziyasına 2014-cü ildə layiq görülüb. Beləliklə, 8 ildən sonra ilk dəfədir ki, cüdo idman növü üzrə ən yüksək hakimlik dərəcəsi qazanılıb.

Tərlan SÜLEYMANOV,

"Xalq qəzeti"

17 May 2022 09:30 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə